Avqustun 27-də HyperDrive Sky Cinema ilə birlikdə 2023-cü il yay mövsümünün bağlanışını açıq hava kinoteatrında “Baby Driver” filminin nümayişi ilə keçirdi. Əziz dostumuz Səməd (@oz.aramizda) Stas (@stas.aleskerov) ilə birlikdə bu tədbir üçün möhtəşəm promo videosu hazırladılar. Bu videoya aşağıda baxa bilərsiniz.
Bütün istəkləri nəzərə alaraq bu dəfə istirahət zonasını xeyli genişləndirmişik. Qonaqlarımız bilyard, stolüstü tennis və stolüstü futbol oynayaraq əyləncəli vaxt keçirdilər. Bu tədbir Johnnie Walker dəsətklədi, və onların barı tədbirimizə xüsusi rəng qatdı. “Səs Küy” keyfiyyətli və geniş seçimli tütünləri ilə qəlyan barı təşkil edib, DJ CAME, Redbull-un təqdim etdiyi DJ sistemi ilə çıxış etdərək, chill zonanı musiqi ilə doldurur.
Instagram'mızdan tədbirdən video reportaj
Tədbirdən bir neçə həftə sonra İnstagramda yekun videoya şərhlər arasında təsadüfi olaraq 21 qalibi seçdik və onlara tərəfdaşlarımızdan hədiyyələr verdik.
Dəstəyinizə və iştirakınıza görə hər kəsə təşəkkür edirik. Əminik ki, bu tədbir yay mövsümünün parlaq yekunu oldu.
Dostlarımızın YouTube kanalları
Asya Febru - YouTube kanalından vlog
İzləmədə qalın - bizi daha çox maraqlı hadisələr gözləyir!