2023-cü ildə Hyper Drive komandamız Cars and Coffee Azerbaijan ilə əməkdaşlığa başladı. 11 iyun tarixində Cars and Coffee tərəfindən təşkil edilən tədbirdə iştirak etdik. Bu tədbirdə Hyper Drive küncünü təşkil edərək üzvlərimizin iyirmi avtomobilini təqdim etdik.
Komandamiz, səhnə qurub Optimus Prime avtomobilini təqdim edərək, tədbirə əlavə rəng qatdı. Komandamızın üzvü Stas Aleskerov tədbir zamanı çəkdiyi 6 videonu montaj ederək @cars_and_coffee_azerbaijan Instagramında yayımladı. Bu da hadisəyə müəyyən dinamika verərək tədbiri daha cəlbedici etdi.
Volkswagen Golf avtomobilinin Xalq Seçimi Mükafatı nominasiyasında ikinci yeri tutması və Hyper Drive icmasının Vinil Design şirkətinin mükafatına layiq görülməsi komandamızın sevindirici naliyyətlərindən oldu.
Tədbirin təşkilinə görə Cars and Coffee komandasına təşəkkürlərimizi bildirir və gələcəkdə yeni tədbirləri səbirsizliklə gözləyirik.
Video by @stas.aleskerov for @cars_and_coffee_azerbaijan
Video by @stas.aleskerov for @cars_and_coffee_azerbaijan
Video by @stas.aleskerov for @hyperdriveaz
Bu yayın unudulmaz avqust günlərindən birində Hyper Drive komandamız Sea Breeze Resort-da keçirilən respublikanın ən məşhur Carelated avtomobil festivalında iştirak etdi. Bu həqiqətən də canlı və rəngarəng hadisə oldu.
Festivalın ulduzlarından biri olan, və mərkəzi yer tutan məşhur Optimus Prime avtomobilini Bakıdan gətirdik. Üstəlik, festivalın təşkilatçıları sayəsində cəmiyyətimizin üzvləri rəngarəng avtomobillərini sərgilədilər ki, bu da bu festivala rəng qatdı.
Rəsmi Carelated Instagram hesabı üçün tədbirdən əla video reportaj hazırlayan komandamızdan Stas Aleskerovun töhfəsini xüsusilə qeyd etmək lazımdır.
Üzvlərimizdən birinə məxsus BMW E46 avtomobilinin ən yaxşı tüninq layihəsinə görə mükafata layiq görülməsi də sevindirici hadisə idi.
Sonda gözəl tədbirə görə Carelated festivalının təşkilatçılarına öz minnətdarlığımızı bildirmək istərdik. Sizi gələn il görməyi səbirsizliklə gözləyirik!
Bu tədbirdən daha çox videoya burada baxa bilərsiniz
Video by@stas.aleskerov for @carelated
Sentyabr ayında komandamız reper Paster üçün təşkil olunmuş “Bakı Tərpən” konsertinin promo-video çəkilişlərində iştirak etmişdir. Çəkilişin ən həyəcanlı anlarından biri komandamızın üzvünün 12 tonluq Optimus avtomobili ilə Bakı şəhərinin pik saatlarında küçələrində hərəkət etməsi olub.
Çəkilişlər şəhərin mərkəzi kücələrində aparıldı və bu çətinliklərə baxmayaraq, biz layihəni uğurla başa çatdırdıq.
Nəticə aşağıda baxa biləcəyiniz bir video oldu. Biz bu yaradıcı layihəyə töhfə verməkdən qürur duyuruq və gələcəkdə də oxşar tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirik.
Bu tədbirdən daha çox videoya burada baxa bilərsiniz
Bütün videoları buradan izləyə bilərsiniz @hyperdriveaz
Promo for @paster.blessed
Bütün videoları buradan izləyə bilərsiniz @hyperdriveaz
Oktyabr ayında RedBull komandasının təşkilatçılığı ilə drift yarışı keçirildi. Bu hadisə ərəfəsində Hyper Drive komandamız insanları tədbirə qatılmağa təşviq etmək üçün video hazırlamağa qərar verdi. Video Azərbaycan mədəniyyəti ilə Fast and Furious filmlərin ruhunun canlı qarışığı idi və İnstaqramda 20.000-dən çox baxış toplayıb.
Yarış günü Hyper Drive komandası tədbirə qatılıb. Küləkli havaya baxmayaraq, vaxt əyləncəli və unudulmaz keçdi. RedBull komandasına bu tədbiri təşkil etdiyinə görə təşəkkür etmək istərdik və növbəti tədbiriləri səbirsizliklə gözləyirik.
Bu tədbirdən daha çox videoya burada baxa bilərsiniz
Email: info@hyperdrive.az
Telefon: +994504054321