Video by @twice.baku
Video by @twice.baku
Tədbirdə 1000-dən çox insan, 80-dan çox avtomobil və 20 motosiklet iştirak edib. Tədbirdə iştrak edənlər: Superkarlar, retro avtomobillər, eksklüziv avtomobil layihələri, car sound avtomobillər, JDM, sportbike, motocross bike, cruiser motorbike.
Redbull — şirkəti tədbir üçün, Dj, chill zone və müsabiqələr üçün hədiyyələr təşkil edib.
Khan Coffee — Coffee stendi qurdular və əsl Cars and Coffee atmosferi yaratdilar.
Cleopatra ink — şirkəti tədbirin ziyarətçiləri üçün «Face Art» stendi təşkil etmişdir.
Soffit Detailing — şirkəti tədbir üçün yer və müsabiqə üçün hədiyyələr təqdim etdi.
StickerBaku — şirkəti HyperDrive loqo-ilə stikerlər hazırlamışdır.
MotoMondo — şirkəti «Wheelie Bike» stendi qurmuşdu və qonaqlar Yamaha R1 motosikletini arxa təkərində idərə ədə bilərdilər.
Photos by @gasan_gp
Video by @nurlanee
Bu, avtomobil həvəskarların, öz avtomobillərini nümayiş etdirmək, söhbət etmək, kofe və ya digər içkilər içərisində avtomobillərə olan sevgilərini bölüşmək üçün bir tədbirdir.
Bu tədbirlər adətən həftə sonu, ictimai dayanacaqlarda, parklarda və ya digər açıq ərazilərdə keçirilir.
Cars and Coffee — 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatında yerli avtomobil həvəskarları sayəsində yaranıb. İlk «Cars and Coffee» tədbirləri Kaliforniya ştatının Kosta-Mesa şəhərindəki kafenin parkında baş tutub. Bu tədbirlər avtomobil həvəskarlarının arasında qısa bir zamanda çox populyar oldu. Bu gün «Cars and Coffee» dünyanın müxtəlif ölkələrində keçirilir və avtomobil həvəskarları arasında məşhur hadisədir. Hər bir tədbir özünəməxsus xarakter daşıyır, lakin bunların hamısı avtomobillərə ümumi həvəsi olan insanları bir araya gətirmək və qarşılıqlı əlaqə yaratmaq məqsədi ilə keçirilir.