HyperDrive X SkyCinema

06.08.2023

Avqustun 6-da Hyper Drive, Sky Cinema ilə birlikdə açıq havada yerləşən avto-kinoteatrda “Fast and Furious: Tokyo Drift” filminin nümayişini təşkil etdi. Tədbirə 30-a yaxın avtomobil və 150-dən çox insan toplaşıb. Xüsusilə Hyper Drive üçün Sky Cinema bütün biletlərdə qiymətləri endirib.
Film başlamazdan öncə və bitdikdən sonra, qonaqlar istirahət zonasında əylənirdilər, burada stolüstü futbol, stolüstü tennis və həmçinin Forza Horizon avtomobil sürücülük simulyatorundan istifadə etmək olardı.
Bu tədbirdə Red Bull bizə dəstək oldu, o, DJ avtomobili ilə bizi təmin etdi. Həmçinin “Volt Auto” bizim qonaqlar üçün foto zona təşkilini dəstəkləyib. Burada qonqlar pulsuz şəkil çəkib və onları çap edə bilərdilərdi. Tədbir nəticəsində qonaqlar siyahısından 10 qalib seçilib, onlardan 5 nəfər bir ay müddətinə pulsuz bilet, qalan 5 nəfər isə Sky Cinema-dan iki nəfərlik pulsuz bilet əldə edib.
Tədbirdən videoreportaj
Promo video
Promo video

Dostlarımızın YouTube kanalları

KH Automotive - YouTube kanalından vlog

İzləmədə qalın - bizi daha çox maraqlı hadisələr gözləyir!

Bizim Partnyorlar

Copyright 2023 © HyperDrive.az